Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-06 16:13:00
5 min tibb işçisi koronavirusa yoluxdu, 2 min uşaq...

Ukraynada 5 min tibb işçisi koronavirusa yoluxub.

AzEdu.az xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Maksim Stepanov deyib.

Nazir bildirib ki, son 24 saatda 44-ü uşaq olmaqla 550 nəfər virusa yoluxub.

“440 vətəndaş sağalıb, 15 nəfər vəfat edib. Pandemiyanın başlamasından etibarən 1 903-ü uşaq, 5 016-sı tibb işçisi olmaqla 26 514 vətəndaşın koronavirus testi pozitiv çıxıb. Ümumilikdə 11 812 nəfər sağalıb, 777 nəfər həyatını itirib”, - Stepanov qeyd edib.(Publika.az)