Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-06 13:36:00
“Quş qoyuramsa, pul verməlisən” – Məşhur sovet şairinin məktəbli ilə gülməli əhvalatı

Qazaxıstanın məşhur akını, şairi, “Stalin mükafatı” laureatı Cambul Cabayev haqqında lətifələr çoxdur. Onların ən məşhuru isə məşhur sovet şairinin bir məktəbli ilə arasında baş verən əhvalatdır.

 

Cambul 40-50 yaşlarında bütün SSRİ-də o qədər məşhurlaşmışdı ki, rus şairləri qoyun otaran Cambul Cabayevin adından şeirlər yazırdılar. Cambul isə savadsız idi. Hərf tanımırdı. Yazıb-oxumağı bacarmırdı. Hətta qol da çəkə bilmirdi. Qol əvəzinə “quş” qoyurdu sənədə.

 

Onun kitabları nəşr olunur. Hər dəfə Cambul bir sənədə quş qoyanda ona pul verirdilər. Yəni, qonorar. Bir gün həmin bu çoban-şairlə Leninqrad məktəblilərinin görüşü keçirilir.

 

Sadəlövh, hər şeyə ciddi yanaşan, Puşkin, Blok, Yesenin, Mayakovski, Lermontov kimi şairləri oxuyan bir məktəbli Cambul Cabayevə yaxınlaşıb ondan avtoqraf istəyir.

 

Çoban-şairi başa salırlar ki, o, məktəblinin ona uzatdığı vərəqə quş qoymalıdır. Cambul vərəqə quş qoyur. Və bu zaman çox gülməli, həm də ağlamalı bir hadisə baş verir. Cambul Cabayev məktəblidən pul istəyir:

 

-Quş qoyuramsa, pul verməlisən.

 

Hamı gülüşür. Məktəbli heç nə başa düşmür. Duruxur.

 

Cambul isə elə bilir ki, nə vaxt quş qoyursa, ona pul verməlidirlər.