Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-05 16:47:00
Sevinc Məmmədova: "Məktəbimiz üçün yeni binanın inşası şagirdlərin təhsilə həvəsini daha da artıracaq"  

Prezident İlham Əliyevin “Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamı kənd sakinlərinin, ziyalıların, müəllimlərin, şagirdlərin və valideynlərin böyük sevincinə səbəb olub. Çünki müasir məktəb bilikli, istedadlı nəsil–parlaq gələcək deməkdir.

 

 AzEdu.az  xəbər verir ki, bu sözləri Ağcabədi rayonunun Sarıcalı kənd tam orta məktəbinin direktoru Sevinc Məmmədova deyib.

 

S.Məmmədova bildirib ki, Sarıcalı kənd tam orta məktəbi 1937-ci ildə inşa edilmiş binada fəaliyyət göstərib. Altı otaqdan və həyətdəki yardımçı tikililərdən ibarət məktəb yararsız və qəzalı vəziyyətdə idi. Şəraitsiz binada fəaliyyət göstərməsinə baxmayaraq, məktəbin şagirdlərinin davamiyyəti, tədrisin keyfiyyəti yüksəkdir.

 

“Məktəbdə 305 şagirdin təlim-tərbiyəsi ilə 33 müəllim məşğul olur. Şagirdlərimizin təhsilə, oxumağa həvəsləri böyükdür. Dövlət qayğısı təhsildə keyfiyyətin yüksəldilməsinə zəmin yaradır. İnanıram ki, məktəbimiz üçün yeni binanın inşa edilməsi şagirdlərimizin təhsilə olan həvəslərini daha da artıracaq, təhsilin səviyyəsinin yüksəlməsinə səbəb olacaq”, - deyə S.Məmmədova bildirib.(AZƏRTAC)