Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-05 16:23:00
Gənc tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı keçirilir  

 

 

Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş Gənc tədqiqatçıların IV Beynəlxalq elmi konfransı keçirilir. Onlayn formatda təşkil edilən və dünyanın 10-a qədər ölkəsini təmsil edən 300-dən artıq gənc alim və tədqiqatçının qatıldığı konfrans öz işini on iki elmi bölmə üzrə davam etdirir.

 

 

Konfransın plenar iclasını giriş sözü ilə açan Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov və çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirinin müavini İdris İsayev Ulu Öndərimizin elm və təhsilin inkişafı, xüsusilə də gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsinə diqqət və qayğı göstərdiyini qeyd etmiş, gənclərin elmi tədqiqat işlərinə cəlb olunmasında bu cür tədbirlərin xüsusilə əhəmiyyətli olduğunu vurğulamışlar.

 

 

Konfrans öz işini plenar iclasda davam etdirmişdir. Plenar iclasda AMEA Gəncə Bölməsinin Gənc alim və mütəxəssislər Şurasının sədri, elm üzrə Prezident mükafatçısı Elnur Həsənov “Gəncə Səbzikar abidəsinin səciyyəvi memarlıq və sənətkarlıq xüsusiyyətləri” mövzusunda, Türkiyənin Kafkas Universitetinin Fənn Ədəbiyyat fakültəsinin dosenti İlkin Qulusoy“Dîvânu lugâti’t-türk’te savaş terimleri” adlıvə Bakı Mühəndislik Universitetinin kimya mühəndisliyi kafedrasının müdiri, dosent Yusif Abdullayev“Bronsted acidic ionic liquid catalyzed conversion of monosaccharides to 5-hydroxymethylfurfural” mövzusundaməruzələrlə çıxış etmişlər.

 

 

Hal-hazırda konfrans öz işini bölmə iclaslarında davam etdirir.