Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-05 15:00:40
DİM-in keçirdiyi imtahanda 1 nəfər iştirak etdi

İyunun 5-də Dövlət İmtahan Mərkəzində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan PMI - Project Management Institute təşkilatının “Program Management Professional (PgMP)®” sertifikat imtahanı keçirilib.

 

AzEdu.az xəbər verir ki, İmtahanda 1 nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçının bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. 

 

Dövlət İmtahan Mərkəzində verə biləcəyiniz ingilis dili və müxtəlif ixtisas sahələri üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

 

 

İmtahanın adı

Gün

Saat

“Pearson Test of English Academic” (PTE-Academic)

Hər həftənin cümə axşamı günləri

Səhər növbəsi: 10:00–13:00

Günorta növbəsi: 15:00-18:00

“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox imtahan

Hər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə günləri

Səhər növbəsi: 08:30–13:30

 

Günorta növbəsi: 14:00-18:00