Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-05 14:48:00
Bu ölkənin təhsil naziri 2 milyon dollarlıq konfet almaq istədiyi üçün işdən çıxarıldı

Madaqaskarın təhsil naziri Ricasoa Andriamanana 2,2 milyon dollar məbləğində konfet və şirniyyat almaq planına görə vəzifəsindən azad edilib.

 

AzEdu.az xəbər verir ki, nazir koronavirus pandemiyasından sonra şagird və tələbələrə paylanması üçün konfet almağı planlaşdırıb.

 

Qeyd olunur ki, ölkə Prezidenti Andri Racoelina bu planı qəbul etməyib və təhsil nazirini vəsaitləri mənimsəmək cəhdində ittiham edib. (trend.az)