Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-05 12:41:00
Təhsil Nazirliyi tədris ilinin sonu ilə bağlı məsələyə aydınlıq gətirib

Təhsil Nazirliyi tədris ilinin sonu ilə bağlı məsələyə aydınlıq gətirib.

 

AzEdu.az-ın məlumatına görə, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə Nazirlər Kabinetinin 30 may tarixli Sərancamı 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmasını və bununla bağlı bütün tədbirlərin təxirə salınmasını təsbit edir:

 

“Bu tarix də əvvəlki illərdə olduğu kimi, 14 iyun 2020-ci ilə təsadüf edir. Bir çox insanlar 2019-2020-ci tədris ilinin yekunu, yəni 14 iyun tarixini 2020-ci təqvim ilinin son tarixi ilə dəyişik salırlar”. (apa.az)