Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-01 09:54:25
Azərbaycan və Dillər universitetlərindən açıq dərs

Azərbaycan Universitetində Azərbaycan Dillər Universiteti ilə birgə “Ailə məsələləri” mövzusunda ingilis dilində açıq dərs təşkil olunub.

AzEdu.az xəbər verir ki, dərsdə Azərbaycan Universitetinin tərcümə ixtisası üzrə təhsil alan, Dillər Universitetinin isə təhsil fakültəsinin tələbələri iştirak edib. Tədbiri Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva da izləyib.

Tam interaktiv şəkildə keçirilən açıq dərs ADU tələbələrinin “Ailə məsələləri” mövzusunda təqdimatı ilə başlayıb. Təqdimatda Şərq və Avropa ölkələrində ailə münasibətləri, ailə növləri, təkuşaqlı və çoxuşaqlı ailə, valideynlərin boşanması, birvalideynli ailə və bu kimi digər məsələlərə toxunulub.

Sonra təqdimat ətrafında fikir mübadiləsi aparılıb. Qonaq tələbələr “Qaynana” filmindən bir fraqmenti canlandırıblar.

Açıq dərsdə Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiri, professor Məsmə Qazıyeva, baş müəllm Dinara Muxtarova, Azərbaycan Universitetinin Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova, kafedranın baş müəllimi Fəzilə Zakirova iştirak edib.