Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-04 15:00:00
Yerdəyişmə imtahanı üçün müraciətin SON tarixi-RƏSMİ

“Ötən illərdə olduğu kimi bu il də müəllimlərin yerdəyişməsi mərkəzləşmiş müsabiqə yolu ilə təşkil olunacaq. Bu müsabiqədə o şəxslər iştirak edə bilirlər ki, həmin müəllimlər hazırda dövlət ümumtəhsil məktəblərində daimi əsaslarla müəyyən fənni tədris edirlər. Müsabiqədə iştirak etmək üçün hazırda elektron sənəd qəbulu həyata keçirilir”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə yerdəyişmə imtahanı ilə bağlı danışarkən qeyd edib. O, həmçinin bildirdi ki, imtahanının keçirilməsində məqsəd müəllimlərin sosial şəraitinin yaxşılaşdırılması üçündür.

 

“5 iyun 23:59- a dək elektron sənədlərin qəbulu aparılacaq. Respublika üzrə 7539 vakansiya elan olunub. Müəllimlər maksimum 4 vakansiya seçə bilirlər. Vakant yerlərin 89%-i azərbaycan bölməsi, 11%-i rus bölməsi təşkil edir. Yerdəyişmə imtahanı sosial xarakter daşıyır. Məqsəd odur ki, müəllimlərin sosial şəraiti yaxşılasın, daha az rəqabət mühitində onlar iş yerini dəyişə bilsinlər”.

Mənbə:AzTv “Telesəhər”

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları