Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-04 14:00:00
UNEC elektron resurslardan istifadə barədə suallar cavablandırılacaq  

UNEC Kitabxana-İnformasiya  Mərkəzinin direktoru Adilə Abdullayeva elektron kitabxanadan, beynəlxalq elektron resurslardan istifadə qaydaları və elektron kitabxana xidmətləri ilə bağlı tələbə və müəllimlərin suallarını cavablandıracaq.

 

AzEdu.az  xəbər verir ki, canlı yayım 5 iyun saat 17:00-da UNEC-in rəsmi Facebook səhifəsində olacaq. Suallarınızı həmin səhifəyə bu gündən etibarən, eləcə də canlı yayım vaxtı ünvanlaya bilərsiniz.