Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-04 14:36:00
Məktəbəqədər təhsil müəssisələrinin tikintisi ilə bağlı investisiya layihələri həyata keçiriləcək

Məktəbəqədər təhsil müəssisələrinin tikintisi ilə bağlı investisiya layihələri həyata keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda öz əksini tapıb.

 

Strategiyada, həmçinin qeyd olunur ki, məktəbdənkənar təhsil müəssisələrinin inkişafı istiqamətində də tədbirlər görüləcək.

 

Xatırladaq ki, Strategiyanın əsas məqsədi ölkəmizdə uşaqların müdafiə sistemini Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan, bütün uşaqlar üçün bərabər imkanlar yaratmaqdan, onların maraqlarını qorumaqdan, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etməkdən və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdən ibarətdir.