Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-04 12:48:00
Rezidenturanın 2-ci mərhələsi üçün yeni onlayn sınaq imtahanı keçiriləcək

Rezidenturanın 2-ci mərhələsi üçün yeni onlayn sınaq imtahanı otk.az saytına yerləşdirilib.

 

AzEdu.az-ın məlumatına görə, bu barədə otk.az səhifəsində məlumat verilib.

 

Rezidenturanın 2-ci mərhələsi üçün onlayn sınaq imtahanında iştirak üçün bu linkdən istifadə edilməlidir - https://otk.az/?menu=courses&id_category=7.

 

Onlayn sınaq imtahanında iştirak pulsuzdur.

 

Qeyd edək ki, məlumatda bildirilir ki, rezidenturaya qəbulun ikinci mərhələsi üçün onlayn sınaq imtahanı (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) üzrə ayrı-ayrılıqda 100 tapşırıq təqdim olunub. Bunlardan Müalicə işi, pediatriya istiqaməti üzrə 1-20 tapşırıq cərrahlıq, 21-30 tapşırıq mamalıq və ginekologiya, 31-40 tapşırıq uşaq xəstəlikləri, 41-10 tapşırıq daxili xəstəliklər blokunu əhatə edir. Stomatologiya istiqaməti üzrə 1-25 ortopedik stomatologiya, 26-50 üz-çənə cərrahiyəsi, 51-75 uşaq stomatologiyası və 76-100 terapevtik stomatologiya fənləri üzrə test tapşırıqlarıdır. Tibbi profilaktika istiqaməti üzrə 1-16 yoluxu xəstəliklər, 17-58 gigiyena və 59-100 epidemiologiya fənləri üzrə test tapşırıqlarıdır. Hər istiqamət üzrə son 5 sual (96-100-cü) açıq formalı test tapşırıqlarıdır. Belə ki, 96-98-ci suallar seçim tələb edən, 99-100-cü suallar isə uyğunluğun müəyyən edilməsini tələb edən açıq formalı test tapşırıqlarıdır.