Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-04 12:36:00
İmtahanda uğur qazanmaq istəyən abituriyentlər bunlara əməl etməlidir-VACİB TÖVSİYƏ

İmtahan üçün hazırlaşan abituriyentlər imtahana az müddət qalmış bəzi məsələlərə diqqət etməlidirlər.

 

İmtahana 1 gün qalmış dərs oxunmamalı, test işlənməməlidir. Dərs oxuyub, test işləmək abituriyentin stresdə qalmasına səbəb olacaq. İmtahan məkanını əvvəlcədən görməkdə fayda var. Bir neçə gün əvvəldən məkanı görmək imtahan günü şagirdi qismən də olsa rahatladacaq. Hər gün hansı saatda yatırlarsa, imtahan axşamı da eyni vaxtda yatılmalıdır. Səhər yeməyi mütləq yeyilməlidir. İmtahan gününə özəl tədbirlər nəzərdə tutulmamalı, vədlər verilməməlidir. Valideynlər buna xüsusi diqqət yetirməlidirlər. Əksi abituriyentdə stressi artırıb, özünənəzarəti azalda bilər.

 

İmtahan başladığı ilk dəqiqələrdə həyəcanın olması çox normaldır. Mütləq ən yaxşı bildiyiniz fənndən başlamalısınız. Belə olduqda həm şagirdin özünəgüvəni artar, həm də imtahanın ilk dəqiqələri daha əlverişli dəyərləndirilər. İmtahan müddətində yalnız öz kitabçanıza diqqət etməlisiniz. Digər şagirdlərin davranışlarına baxıb həyəcanlanmaq vaxt itkisinə, diqqətin dağılmasına  səbəb ola bilər.

 

Uğur qazanmaq istəyən abituriyent bu sözləri təkrar etməlidir:

Özümə güvənirəm

Nə istədiyimi bilirəm

Başladığım işi bitirəcəyəm

Düşündüyünüz, inandığınız  və güvənlə gözlədiyiniz hər şey mütləq gerçəkləşəcək.

Mənbə: Azərbaycan məktəbi elmi-nəzəri pedaqoji jurnal

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları