Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-04 10:12:00
Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 yeni lisey yaradılıb

Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 yeni lisey yaradılıb. 

 

AzEdu.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun  verdiyi məlumata görə, Gəncə, Şirvan, Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında 5 yeni lisey yaradılıb.

 

Belə ki, Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda isə Kimya-biologiya təmayüllü Respublika liseyi təşkil olunub.