Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-04 10:36:00
Çində məktəblilərə bıçaqla hücum olub, 40 nəfər yaralanıb

Çinin cənubunda yerləşən Uçjou şəhərində adı açıqlanmayan kişinin bıçaqla məktəblilərə hücumu nəticəsində 40 nəfər yaralanıb.

 

AzEdu.az  TASS-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında təhsil müəssisəsinin yaxınlığında baş verib.

 

Xəsarət alanlar şagirdlər və məktəb direktorunun müavinidr. 

 

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib. 

 

Məlumata görə, hücumu məktəbin 50 yaşlı gözətçisi törədib. Polis əməkdaşları onu hadisə yerində tutub.

 

Faktla bağlı araşdırma aparılır.