Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-04 09:01:00
UNEC-in distant yay semestrinə bütün universitetlərin tələbələri qoşula biləcəklər

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yay semestri üzrə mühazirə-məşğələ sessiyasının iyulun 20-dən avqustun 23-dək, imtahan sessiyasının isə avqustun 24-də və 28-də keçirilməsi nəzərdə tutulub.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, UNEC-in tələbələri ilə yanaşı, digər universitetlərin tələbələri də yay məktəbində iştirak edə bilərlər. Yay məktəbinin distant formada təşkili regionlarda yaşayan tələbələrə də burada iştirak etmək imkanı yaradır. Onlayn qeydiyyatdan keçməklə həmin tələbələr yay məktəbinin iştirakçısı ola biləcəklər.

 

UNEC-də yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 həftədir. İmtahan müddəti 1 həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir. Qiyabi təhsil formasında isə tədris müddəti 3 həftə olaraq müəyyən edilir.

 

Qeyd edək ki, yay semestrinin təşkili ilə bağlı “Facebook” səhifəsi yaradılıb. Tələbələr yay semestri barədə suallarla bağlı həmin səhifəyə müraciət edə bilərlər.