Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-03 17:48:00
Pakistanda altı yeniyetmə mədrəsənin dağıntıları altında həlak oldu

Pakistanın Şimali Vəziristan rayonunda mədrəsənin damının uçması nəticəsində altı uşaq ölüb, yeddi nəfər yaralanıb.

 

AzEdu.az-ın məlumatına görə, “Dailypakistan” xəbər verir ki, xilasedicilərin hadisə yerinə gec gəldiyini görən sakinlər dağıntılar altında qalan yeniyetmələri özləri çıxarmalı olub.

 

Qeyd edək ki, Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhəddə yerləşən Vəziristan “Taliban” yaraqlılarının fəal olduğu ərazidir.