Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-03 17:25:00
Astronavtlar kosmosa niyə dinozavr apardılar? – Tarixi uçuşdakı gizli oyuncağın sirri çözüldü

SpeaceX-in tarixi uçuşu zamanı çəkilən bir sıra video və fotolar sosial şəbəkələrdə yayımlanıb. Şəkillərdə ən çox diqqət çəkən isə astronavtların yanındakı oyuncaq dinozavr olub.

 

Maraqlıdır, bu simvolik oyuncaq hansı mənanı ifadə edir? Kosmosa oyuncaq daşınmasında məqsəd nə idi?

 

AzEdu.az xəbər verir ki, məşhur oyuncağın sirrini astronavt Bob Behnken açıqlayıb.

 

O bildirib ki, bu uçuş ilk dəfə özəl şirkət tərəfindən həyata keçirilən insanlı uçuş kimi tarixə düşüb. Astronavt bunu azyaşlı övladlarının dinozavrlarla çox maraqlanması ilə izah edib. Bildirib ki, elə bu səbəbdən uçuş zamanı oyuncaq dinozavrı sıfır G göstəricisi olaraq istifadə edib.

 

Xatırladaq ki, Elon Musk bu uçuşu Marsda yaşayış qurmağın başlanğıcı kimi qiymətləndirib.