Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-03 11:51:00
Təhsil Nazirliyi: Azərbaycanda “Son zəng” keçirilməyəcək  

Təhsil Nazirliyi “Son zəng”in keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.

 

AzEdu.az xəbər verir ki, nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi davam etdiyindən ( 15 iyunadək ) bütün kütləvi tədbirlər kimi “Son zəng” tədbirinin də keçirilməsi nəzərdə tutulmur.

 

Onlayn qaydada müxtəlif tədbirlər keçirilə bilər.