Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-03 10:56:00
6 və ya 7 iyun 2020-ci il tarixlərində imtahan verəcək abituriyentlərin nəzərinə

İmtahanda iştirak etməli olan şəxslər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, 3 iyun saat 09:30-a olan məlumata əsasən qeyd olunan tarixlərdə 9 və 11-ci siniflər üzrə buraxılış imtahanı verənlərin 89%-i, Azərbaycan dili imtahanı verənlərin 34%-i, 9‑cu sinif təhsil bazasından kolleclərə qəbul olmaq istəyənlərin isə 69%-i Mərkəzin saytında yerləşdirilən “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni çap edib.

 

Xatırladaq ki, abituriyentlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (bina haqqında məlumat buraxılış vərəqəsində göstərilib), özü ilə şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni gətirməlidirlər. Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqəsi ilə bir yerdə çap edilir və imzalanır.

 

Aşağıda 6 və 7 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlərin, həmçinin imtahanda iştirak etməli olan kontingentin siyahısı ilə bir daha tanış ola bilərsiniz.

 

Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftəsonu günlərində keçiriləcəkdir.

 

Qeyd edək ki, həmişə olduğu kimi cari ilin (bu ilin) məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər (oxuduqları məktəbin yerləşdiyi rayonun imtahan günündə). Əvvəlki illərin məzunları isə “Şəxsi kabinet”lərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, həmin yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. 

 

6 iyun 2020-ci il tarixində 

9-cu sinif üzrə: 

 

Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə*(I hissə, siyahı) Siyəzən, Xızıda yerləşən məktəblərin şagirdlərinin buraxılış imtahanı;

 

Xətai (Bakı), Sumqayıt, Qazax, Şəki, Göyçay, Ağdaş, Qusarda yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı;

 

Qaradağ (Bakı), Şirvanda 9-cu sinif təhsil bazasından kolleclərə sənəd vermiş cari və əvvəlki illərin, Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan, Siyəzən və Xızıda isə əvvəlki illərin məzunlarının qəbul imtahanı; 

 

11-ci sinif üzrə: 

 

Xətai (Bakı), Sumqayıt*(I hissə, siyahı), Qazax, Şəki, Göyçay, Ağdaş, Qusar, Cəlilabad, Qobustanda yerləşən məktəblərin, həmçinin H.Əliyev adına hərbi lisey və C.Naxçıvanski adına hərbi liseyin şagirdlərinin buraxılış imtahanı;

 

Qaradağ (Bakı), Şirvan, Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdədə yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı; 

 

7 iyun 2020-ci il tarixində 

9-cu sinif üzrə:

 

 Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtər, Ağdam, Füzulidə yerləşən məktəblərin şagirdlərinin buraxılış imtahanı;

 

Nərimanov (Bakı), Abşeron, Ağstafa, Qəbələ, Masallı, Kürdəmir, Şabranda yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı;

 

Pirallahıda (Bakı) 9-cu sinif təhsil bazasından kolleclərə sənəd vermiş cari və əvvəlki illərin, Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtər, Ağdam, Füzulidə isə əvvəlki illərin məzunlarının qəbul imtahanı; 

 

11-ci sinif üzrə: 

 

Nərimanov (Bakı), Abşeron*(I hissə, siyahı), Ağstafa, Qəbələ, Masallı, Kürdəmir, Şabran, Ağsuda yerləşən məktəblərin şagirdlərinin buraxılış imtahanı;