Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-03 10:33:00
Ali Hərbi Məktəbdə dövlət imtahanları başlayıb - VİDEO

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilir.

 

Müdafiə Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, 4 il müddətində hazırlıq keçən və təhsil alan kursantlar bilik və bacarıqlarını nümayiş etdirirlər.

 

Gələcəyin zabitləri sinif otaqları və xüsusi hazırlanmış məntəqələrdə müxtəlif ixtisaslar və rəhbər sənədləri bilmələri üzrə nəzəri, çöl-səhra şəraitində isə taktiki və atəş hazırlığı, döyüş texnikasının istismarı, eləcə də digər fənlər üzrə praktiki imtahanlar verirlər.