Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-03 09:26:00
Attestat verilməsi və sinifdən-sinfə keçirilmə ilə bağlı yeni xəbər

“Məzunlara dövlət sənədlərinin (attestat) verilməsi ilə bağlı pedaqoji şuranın toplanması onlayn formada keçirilməlidir. Müəyyən səbəblərdən bu olmadıqda sanitar-gigyenik qaydalara əməl olunmaqla müəllimlər dəvət edilərək proses icra olunmalıdır”.

 

AzEdu.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin İnkişafı Proqramları/Keyfiyyətinin təminatı sektorunun aparıcı məshələtçisi Anar Mirzəzadə deyib.

 

O bildirib ki, 20-29 avqustda məktəbdaxili qiymətləndirmənin keçirilməsindən sonra pedaqoji şura toplanmalı və şagirdlərin sinifdən-sinfə keçirilməsi təmin olunmalıdır.