Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-02 17:36:00
Buraxılış imtahanlarında hansı güzəştlər tətbiq olunacaq? -RƏSMİ

 

 “İlk növbədə 9 və 11-ci buraxılış  siniflərin dərsliklərinin təhvili 15-30 iyun tarixlərində həyata keçirilməlidir.  Digər siniflərinki isə 1-15 avqust və 1-15sentyabr tarixlərində baş tutacaq”.

 

AzEdu.az xəbər verir ki, bunu  Təhsil Nazirliyinin  baş məsləhətçisi Anar Mirzəzadə qurumun rəsmi feysbuk səhifəsindəki  canlı yayım zamanı açıqladı.

 

 

O, buraxılış imtahanlarında tətbiq olunan güzəştlərə də toxundu:

 

 “9-cu sinif buraxılış imtahanının birinci mərhələsində iştirak edən, ancaq nəticəsindən razı qalmayanlar yenidən imtahana qatıldıqdan sonra attestatları təqdim olunacaq. Buraxılış imtahanında iyun ayında iştirak edə bilməyən buraxılış sinifləri DİM tərəfindən təşkil ediləcək sentyabrdakı imtahana qatıla biləcək. bu mövcud karantin rejimi nəzərə alınaraq həyata keçiriləcək”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları