Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-02 17:24:00
İyunun 2-dən 15-dək direktor müavinləri, sinif müəllimləri işə cəlb olunacaq

“Bu gün təsdiqlənən müvafiq təlimat məktubunda qeyd edilib ki, iyunun 2-dən 15-dək ümumtəhsil müəssisəsinin direktorunun müəyyən etdiyi qrafik əsasında, sanitar-epidemioloji qaydaları gözləməklə təhsilalanların illik qiymətləndirməsi və digər proseslər üçün təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif müəllimləri və zərurət olduqda digər müəllimlər işə cəlb olunmalıdır”.

 

AzEdu.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin İnkişafı Proqramları Keyfiyyətinin təminatı sektorunun aparıcı məsləhətçisi Anar Mirzəzadə bildirib.
O əlavə edib ki, həmin proses ümumtəhsil müəssisəsinin müəyyən etdiyi qrafik əsasında olmalıdır.