Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-02 17:12:00
Təhsil Nazirliyi müəllimlərə güzəşt etdi - SƏBƏB  

 

 

“Mart ayının 2-dən respublikadakı məktəblərdə tədris dayandırılıb. Təhsil işçilərini şagirdlərin qiymətləndirmə prosesi çox maraqlandırırdı. Bununla əlaqədar mayın 22-də məktub hazırlanaraq məktəblərə göndərildi. Burada qiymətləndirmə meyarları qeyd olunub. İllik qiymət çıxarmaq üçün məktəb jurnallarında qeyd olunmalıdır”

 

 

AzEdu.az xəbər verir ki, bunu  Təhsil Nazirliyinin şöbə müdirinin müavini  Orxan Abbasov qurumun  rəsmi səhifəsində canlı yayım zamanı açıqladı. O, qiymətləndirmə ilə bağlı hansı müəllimlərə güzəşt olunacağını da açıqlayıb:

 

“Öhdəsində azyaşlı uşağı olan(7 yaşadək) və yaşlılara qulluq edən müəllimlərin məktəbə gəlməyinə güzəşt olunacaq. Yaşı 65-dən yuxarı olanlar və 3-cü kateqoriyaya isə rayonlarda qalan şəxslərə də güzəştlər tətbiq olunacaq. 2-15 iyun tarixlərində məktəblərdə sanitar epidemioloji qaydalara riayət etməklə qiymətləndirmə prosesinə başlanacaq”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları