Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-02 15:20:00
Təhsil Nazirliyinin rəsmiləri canlı yayımda olacaq

“Bu gün saat 17:00-da "Microsoft Teams" platforması üzərindən mənim moderatorluğum ilə nazirliyin əməkdaşları Orxan Abbasov və Anar Mirzəzadənin iştirakı ilə canlı yayım nəzərdə tutulur”.

 

Bu fikirləri Təhsil Nazirliyinin Mətbuat katibi Cəsarət Valehov şəxsi facebook hesabında açıqlayıb. O, bir neçə mövzuda gələn sualların cavablandırılacağını da qeyd etdi:

 

“Xüsusi karantin dövründə ümumi təhsil müəssisələrində müəllimlərin növbəli qrafik üzrə işə cəlbi, dərsliklərin təhvil alınması proseduru, attestatların verilməsi qaydaları, I sinfə elektron qaydada ərizələri qeydə alınmış uşaqların sənədlərinin məktəbə təqdim edilməsi və digər mövzular ətrafında müzakirə aparacaq, suallarınızı cavablandıracayıq.

 

Canlı yayımı Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən izləyə bilərsiniz”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları