Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-02 15:59:00
Özsüt kafe və restoran şəbəkəsindən “Könüllünün öz/əl kitabı”nı ödənişsiz əldə edə bilərsiniz

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilmişdir. “Könüllülər ili”nə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Dr. Nadir Adilmanın müəllifi olduğu  “Könüllünün öz/əl kitabı” kütləvi tirajla nəşr edilmişdir.

 

1000 kitab #hədiyyə sloqanı ilə Könüllülərə dəstək aksiyasına qoşulan Özsüt kafe və restoran şəbəkəsinin sosial şəbəkə hesabında qeyd edilir ki, Özsüt Azərbaycan KOBİA – nın nəcib təşəbbüsünə qoşularaq Korporativ Sosial Məsuliyyət (KSM) prinsiplərinə sadiq qalmaqla könüllü olmaq istəyən, könüllü kimi fəaliyyət göstərən tələbə və gənclərin yay tətilini səmərəli keçirmələrinə dəstək olmaq, həmçinin onların işgüzar inkişafı məqsədi ilə yazılmış “Könüllünün öz/əl kitabı”nı daha asan əldə etmək məqsədi ilə Bakı şəhərində yerləşən filialları daxilində kitabların oxuculara ödənişsiz əsaslarla təqdim edilməsini təmin edəcək.

 

Kitab əldə etmək istəyən şəxslər Özsüt kafe və restoran şəbəkəsinin sosial şəbəkədəki səhifəsində ( https://bit.ly/36WcdxJ ) mesaj bölümünə müraciət edib qeydiyyatdan keçdikdən sonra yaxınlıqda yerləşən istənilən Özsüt kafesinə yaxınlaşıb qeydiyyat bildirişini göstərməklə “Könüllünün öz/əl kitabı”nı ödənişsiz əldə edə bilər.

 

Qeyd edək ki, “Könüllünün öz/əl kitabı”nın ödənişsiz yayılır və satıla bilməz. Yüzlərlə könüllü tərəfindən kitabın əldə edilməsi ilə bağlı müraciətlərə çevik reaksiya vermək məqsədi ilə, kitabların ödənişsiz və çevik çatdırılması prosesində Fed.az, Logix, Marsol, Logistika və Təchizat Zənciri Mərkəzi, Azfood.azİnformasiya Agentliyi öz KSM prinsipləri əsasında kitabların könüllülərə çatdırılması sahəsində yaxından iştirak edir.

Gənclərimiz və könüllülərimizlə qürur duyduğunu qeyd edən şirkətlər eyni zamanda “Könüllülər ili” çərçivəsində kiçik biznesin ictimai və sosial iştirakçılıqda faydalı olmaq imkanları ilə çıxış edirlər.