Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-02 13:11:00
Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb

Elektron ərizə verən subbakalavrların sayı açıqlanıb.

 

 AzEdu.az  xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu gün saat 13:00-dək elektron ərizələr verən subbakalavrların sayı 3138-dir. Təsdiq olunan elektron ərizələrin sayı isə 1546-dır.

 

Qeyd edək ki, subbakalavrların elektron ərizə qəbulu 1–15 iyun tarixlərində internet vasitəsilə aparılır. Elektron ərizəsi təsdiqlənməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar. (Apa.az)