Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-02 12:35:00
UNEC-in 90 illiyinə həsr olunan şahmat turniri keçiriləcək

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İdman klubunun təşkilatçılığı ilə UNEC-in 90 illik yubileyinə həsr olunan onlayn şahmat turniri keçiriləcək.

 

UNEC-dən AzEdu.az bildirilib ki, şahmat turniri iyunun 8-də saat 11:00-da “Chess.com” saytı üzərindən təşkil olunacaq. Turnir UNEC tələbələri arasında 3 mərhələdən ibarət olacaq. Bütün iştirakçılar eyni vaxtda oyuna başlayacaqlar. Bir oyunun müddəti hər oyunçuya 5 dəqiqə və hər gedişə görə +3 saniyə əlavə vaxt veriləcək. İştirakçıların say tərkibi mayın 27-dən iyunun 7-dək qeydiyyatdan keçənlərin sayına uyğun olaraq müəyyən ediləcək. Yarışlar oyunçuların sayından asılı olaraq “İsveçrə sistemində” keçirilir.

 

Qaliblərə diplom, medal və hədiyyələr təqdim olunacaq.