Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-02 11:01:00
"İlin gənc müəllimi-2020" müsabiqəsi başlayır– AzEdu.az-ın ortaq layihəsi

 

"İlin gənc müəllimi-2020"müsabiqəsi başlayır.

 

Bu müsabiqə Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunur.

 

"İlin gənc müəllimi-2020" müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.

 

Layihənin icrası 3 mərhələdə həyata keçiriləcək: Birinci mərhələdə gənc müəllimlər onlar üçün yaradılan forumu doldurub, özləri haqda ətraflı məlumat qeyd etməlidirlər.

 

 İkinci mərhələdə isə təşkilatçılar tərəfindən müəyyən edilmiş ekspertlər qrupu qeydiyyatdan keçən müəllimlərin məlumatlarını 100 ballıq şkala ilə qiymətləndirəcəklər.

 

Bu mərhələdə 50 müəllim seçiləcək və ictimaiyyətə elan olunacaq. Onlar arasından isə yalnız 10 müəllim 3-cü mərhələyə (final mərhələsinə) keçə biləcək. Final mərhələsində həmin 10 müəllim AzEdu.az-ın sorğu panelində ictimaiyyət üçün elektron səsverməyə təqdim ediləcək.

 

Qeyd edək ki, müsabiqənin mükafatlandırılma prosesi, doldurulmalı olan form, eləcə də şərtlər barəsində ətraflı məlumat tezliklə AzEdu Təhsil Portalında veriləcək.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları