Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-02 10:49:00
Salyanın Arbatan kənd tam orta məktəbinin binası əsaslı təmir olunur

Salyanın Arbatan kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri aparılır.

 

AzEdu.az xəbər verir ki, 600 şagird yerlik məktəb binası 1960-ci ildə tikilib istifadəyə verilib. Ötən 60 il ərzində məktəbdə əsaslı təmir işləri aparılmadığından təhsil ocağı yararsız vəziyyətə düşüb. Bu da təlim-tərbiyə işinin yüksək səviyyədə təşkilində ciddi çətinliklər yaradırdı.

 

Bu ilin mart ayında məktəbdə əsaslı təmir işlərinə başlanılıb. Təmir zamanı binanın dam örtüyü, qapı və pəncərələri, su, elektrik xətti dəyişdiriləcək, sinif otaqları, fənn kabinetləri, kitabxana, laboratoriya, akt və idman zalları və digər yardımçı tikililər yenidən qurulacaq. Binada yeni istilik sistemi quraşdırılacaq. Məktəb yeni avadanlıq, inventar və əyani vəsaitlərlə təchiz olunacaq. Təhsil ocağının ərazisi abadlaşdırılacaq və yaşıllıqlar salınacaq.

 

Təmirin yeni tədris ilinədək başa çatdırılması nəzərdə tutulub.