Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-02 09:37:00
UNEC tələbələrə 5GB-lik internet paketi hədiyyə edəcək

UNEC-də yeni qərar təsdiqlənib.

 

AzEdu.az xəbər verir ki, internet problemi olan tələbələrin aylıq 5GB həcmində internet xərci universitet tərəfindən tələbələrin smart kartlarına ödəniləcək.

 

Bundan əlavə, UNEC-in Elmi Şurasının qərarına əsasən, əyani təhsil alan tələbələrdə test suallarının sayı 700-dən 350-yə, qiyabidə isə 500-dən 300-ə qədər endirilib. Testlər imtahanlara bir həftə qalmış tələbələrin şəxsi kabinetlərinə göndəriləcək.

 

Tələbələrin əvvəlki dövrlərdə də qazandıqları ACCA sertifikatı yaz imtahan sessiyası zamanı nəzərdə tutulmuş imtahanlarda qəbul ediləcək.
Coursera of Campus kurslarında 5415 sertifikat qazanan 1761 tələbə müvafiq fənlərin imtahanlarlndan azad olunacaq. Sertifikatlardakı mənimsəmə faizi həmin fənn üzrə tələbənin yekun qiyməti kimi qəbul ediləcək.

 

Buraxılış kurslarının bütün tələbələrinin təcrübəsi 100 balla qiymətləndiriləcək.

 

Yeni güzəştlərə əsasən, normativ təhsil müddətindən artıq müddətdə təhsil alan tələbələrə (əvvəlki tədris ilindən qalmış akademik borclara görə) iki əlavə fəndən imtahan vermək hüququ tanınacaq.ÜOMG ilə razılaşmayan tələbələr nəticələrini yüksəltmək üçün ərizə ilə müraciət edərək imtahanlarda iştirak edəcəklər.

Bakalavrların buraxılış işləri plagiatdan keçirilməyəcək, magistrlərdə isə dissertasiya işləri yüngülləşdirmə hədləri nəzərə alınaraq plagiatdan keçiriləcək.


Buraxılış kurslarının tələbələrinin təkrar imtahanlarının verilmə müddəti önə çəkiləcək.