Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-01 13:31:00
BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb

Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzi 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günümünasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb.

 

Mərkəzin direktoru, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin rəhbərliyi ilə hazırlanan kompozisiyada mərkəzin solistləri Rəqsanə Əsədova və Aslan Əzimzadənin ifasında“Deyirəm uşaqlar heç ağlamasın”mahnısı və Jurnalistika fakültəsinin tələbəsi Rəşad İmanov və Hüquq fakültəsinin tələbəsi Firavan Əlizadənin təqdimatında"Körpə gülüşü - Sevinc Himni" adlı kompozisiya səsləndirilib. Kompozisiyanınideya və mətn müəllifiUniversitetin əməkdaşı Nigar Qayyumdur.

 

Ədəbi-musiqili kompozisiya BDU TV-nin texniki dəstəyi ilə hazırlanıb.