Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-01 11:41:00
Məleykə Abbaszadədən xəbərdarlıq:”Elə bilməsinlər ki, maska taxdıqda imtahana telefon keçirə biləcəklər”  

Bu gündən etibarən həftə sonu imtahan verəcək şagirdlər buraxılış vərəqlərini çap edə biləcəklər.

 

AzEdu.az xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

O qeyd edib ki, şagirdlər imtahan qaydaları ilə tanış olmaq üçün yaddaş vərəqlərini də çap edə bilərlər. Əvvəlki illərdən fərqli olaraq, bu il imtahana giriş qaydaları daha da ciddiləşəcəklər. Bu barədə yaxın günlərdə TV-lərdə videoroliq nümayiş ediləcək:

 

“Şagirdlərə məsləhət görürəm ki,  imtahana buraxılış vərəqində göstərilən vaxtda gəlsinlər. Onlar lazım olmayan vasitələri gətirməsinlər. Elə bilməsinlər ki, maska taxdıqda imtahana telefon keçirə biləcəklər”.