Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-31 13:57:00
Dörd ixtisas qrupu üzrə 64 minədək abituriyent qeydiyyatdan keçdi-RƏSMİ

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin mayın 12-dən başlanan sənəd qəbulu davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, abituriyentlərin sənəd qəbulu onlayn şəkildə iyunun 5-dək aparılacaq. Bu gün saat 12:50-yə olan məlumata görə, I-IV ixtisas qrupları üzrə 63 min 786 abituriyent qeydiyyatdan keçib.

 

Xatırladaq ki, qəbul imtahanlarının iyulun 20-dən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

 

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər, eyni zamanda, V ixtisas qrupu üzrə müsabiqədə (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə) iştirak edə bilərlər.

 

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılıb.