Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-30 17:45:00
Beyin şişini müalicə edəcək dərman hazırlandı

Kanadalı alimlər ölümcül beyin şişi - glioblastomaya kömək edəcək dərman hazırlayıblar.

 

"Cell Stem Cell" xəbər verir ki, dərman CAR T-hüceyrə terapiyasına əsaslanır.

 

Bildirilir ki, demək olar, bütün hallarda aqressiv müalicədən sonra glioblastoma təhlükəli olduğundan yeddi ay ərzində daha aqressiv formada təkrarlanır.

 

AzEdu.az medicina.az-a istinadən bildirir ki, T-hüceyrə müalicəsində bədxassəli hüceyrələri tanıyan və məhv edən xüsusi bir antigenik reseptor istifadə olunur. Bu, xüsusi antigenlərə seçici şəkildə bağlanan antikor hissələri olan bir proteindir.

 

Bundan əlavə, xəstənin T hüceyrələri onları müəyyən bir şəkildə dəyişdirən müalicəyə cəlb olunur.

 

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, hüceyrə terapiyası xəstənin sağ qalmasını artırır və şiş yükünü azaldır.