Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-30 14:40:00
Peşə təhsili pilləsində qeyri-müvəffəq qiymət alanlar növbəti 2 ildə yekun qiymətləndirmədə iştirak edə bilərlər

Peşə təhsili pilləsində yekun qiymətləndirmədə iştirak etməyən və ya qeyri-müvəffəq qiymət almış təhsilalanlar peşə təhsili müəssisəsinin müəyyən etdiyi vaxtlarda ildə 1 dəfə olmaqla növbəti 2 il müddətində keçirilən yekun qiymətləndirmədə iştirak edə bilərlər.

 

AzEdu.az xəbər verir ki, , bu barədə  Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilən “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası”nda qeyd edilib. 

 

Bildirilib ki, yekun qiymətləndirmədə iştirak etməyənlərə Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na əsasən arayış verilir.