Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-30 14:00:00
Bu məhsul ağciyər xərçənginə tutulma riskini AZALDIR

Qatıq və yüksək lifli qidalar ağciyər xərçənginə tutulma riskini azalda bilir.

 

AzEdu.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Tennessi ştatında yerləşən Vanderbilt Universiteti Tibb Mərkəzinin mütəxəssislərinin apardığı araşdırma Amerika, Avropa və Asiyadan olan 1,4 milyon gəncin üzərində sınanılıb.

 

Çox qatıq və lifli qida qəbul edənlərlə, bu məhsulları az istifadə edənlər elmi yollarla müqayisə ediliblər. Məlum olub ki, ağciyər xərçənginə tutulma riski qatıq və lifli qida qəbul edənlərdə 33 faiz azdır.

 

Araşdırmada gündə bir kasa qatıq yeyənlərin ağciyər xərçənginə tutulma riskinin heç yeməyənlərdən 20 faiz az olduğu təsbit edilib.

 

Lif nisbəti yüksək olan qidalar və qatıq ürək-damar xəstəlikləri və həzm sistemi xərçənglərinə qarşı da qoruyucu xüsusiyyətə malikdir.