Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-30 12:00:00
Fərdi inkişaf etmək istəyənlərin oxumalı olduğu 3 vacib kitab

Son zamanların aktual mövzularından biri də Fərdi İnkişafdır. Bu suala əsasən tələbələr, tələbə olmağa hazırlaşanlar və özünü tapmağa çalışanlar qane edici cavablar axtarırlar.Fərdi inkişaf insanın doğumundan ölümünə qədər özünü inkişaf etdirməsidir.

Fərdi inkişaf üçün insan ilk əvvəl arzuları hədəflərə çevirməlidir. Həmin hədəfə çatmaq üçün özünədəyər və inam da mütləq rol oynayır. Və insan nə istədiyini dəqiq bilməlidir. Çünki, hara gedəcəyini bilməyən bir gəmiyə heç bir səmt küləyi kömək edə bilməz.

Özünü inkişaf etdirməyin bir çox yolları vardır .Əgər, yalnız universitetə gedib-gəlmək kifayətlənirsinizsə, heç cür özünüzü inkişaf etdirə bilməzsiniz.

Bir sıra könüllülük proqramlarına qatılmaq və orada yeni insanlarla tanış olmaq fərdi inkişafda vacib rol oynayır. Bu kimi könüllülük proqramlarına qatılmağın faydası ondadır ki, yeni insanlar tanıyır, bir sıra çətin situasiyalardan çıxmağı öyrənir, daha uğurlu insanlara baxıb stimul götürürsən.

Özünü inkişaf etdirmək istəyənlər mütləq kitab oxumalıdır. Əgər, kitab oxuyan biri deyilsinizsə, hər gün 1 kitabın 3-4 səhifəsini oxumağı qarşıya məqsəd qoyun. Bu məqsəd sonradan sizdə vərdiş halını alacaq. Nəzərə alaq ki, bəzi insanlar başlamaq istəyir, amma hansı kitabdan başlayacağını bilmirlər. Sadalanan kitablar fərdi inkişafda çox böyük rol oynayır:

Joe Navarro "Bədən dili"-İnsanların hərəkətlərini ən cəld şəkildə oxuma sənətini öyrədir. İnsanları doğru tanımağı, yalanı üzə çıxarmağı və hissələrinizi necə idarə edəcəyini detallı bir şəkildə ifadə edir.

Robert.B Cıaldını "İknanın psikolojisi"-qarşınızdakı insanın fikrini necə dəyişdirə beləcəyinizi öyrədir.

Tonque fu-bu kitabda insanlararası münasibəti, anlaşılmazlıqları və yalnış anlaşılmaları hansı yollarla doğru yola gətirmək sənətini öyrədir. Həm də susmağı, dinləməyi və özünüzü qoruyaraq münaqişələrdən uzaq qalmağı öyrənmiş olacaqsınız.

Fərdi inkişafın əsas şərtlərindən biri də dil bilgilərinin təkmilləşdirilməsidir. İohann Volfqanq Götenin belə bir deyimi var. "Kim özgə dili ilə tanış deyilsə, öz dili haqqında heç nə bilmir.

Ümumiyyətlə fərdi inkişaf üçün sadalananlardan savayı insan hər işin öhdəsindən özü gəlməyi bacarmalıdır. Heç kimə arxayn olmamalı, öz ayaqlarının üzərində durmağı bacarmalıdır.


Ülkər Abdurahmanlı
Müəllifin digər yazıları