Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-30 10:15:00
Dövlət İmtahan Mərkəzində müxtəlif ixtisas sahələri üzrə beynəlxalq imtahanlar təşkil edilib

Dövlət İmtahan Mərkəzində (DİM) sanitar-gigiyenik qaydalara uyğun olaraq müxtəlif ixtisas sahələri üzrə Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan beynəlxalq imtahanlar təşkil edilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, Pearson VUE tərəfindən təqdim olunan “Digital Marketing Institute” şirkətinin “Certified Digital Marketing Professional” sertifikat imtahanı və “Association of Certified Anti-Money Laundering Specialists” təşkilatının “CAMS 6 English” adlı sertifikat imtahanı keçirilib.

 

Ümumilikdə imtahanlarda həftə ərzində 5 nəfər iştirak edib və iştirakçıların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.