Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-29 16:50:00
9 illik baza üzrə 12 mart tarixinədək elektron ərizə qəbulunda iştirak etməyənlər müsabiqəyə buraxılmayacaqlar

AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi deyib.

 

O,buraxılış sinifi ilə bağlı vacib məqama aydınlıq gətirib.

 

“9-cu sinifi cari ildə bitirən və 1 mart tarixində buraxılış imtahanlarında iştirak etmiş şagirdlər orta ixtisas təhsil müəssisələrinin (9 illik baza üzrə) müsabiqəsində iştirak etmək üçün 12 mart tarixinədək elektron ərizə qəbulunda iştirak etməliydilər. Əgər iştirak etməyiblərsə, onlar müsabiqəyə buraxılmayacaqlar.
Nəzərinizə çatdırım ki, 12 mart saat .11:00-da ərizə təsdiqi başa çatıb və müvafiq olaraq Azərbaycan bölməsi üzrə 18651 nəfər, rus bölməsi üzrə 585 nəfər, ümumilikdə isə 19236 nəfər ərizələrini təsdiq etmişdir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları