Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-29 15:50:00
Rəsm çəkməyin uşaqlara faydası
Uşaqlar üçün şəkil çəkməyin faydaları olduqca çoxdur. Şəkil çəkərkən uşaqlarəlləri, barmaqları və biləkləri ilə çox özəl hərəkətlər edə bilmək bacarığı qazanır.Bundan savayı, uşaqların gördükləri və çəkdikləri arasında bir əlaqə olduğunugöstərən əl-göz koordinasyonu yaranır. Əl-göz koordinasyonu idmanla məşğul olmaqla yanaşı həyatın bir çox sahəsində vacibdir.Şəkil çəkmək eyni zamanda uşaqlara diqqəti toplamağı və səbr etməyi öyrədən hobbidir. Bir uşaq şəkil çəkərkən çəkəcəyi əşyanı müşahidə edərkən çəkisi, boyuvə digər əşyalarla olan əlaqəsini incələməyə məcbur qalır. Gördüklərini kağıza çəkmək asan deyil və bunu doğru şəkildə etmək üçün səbr lazımdır. Bu zamanuşaqlar “Baxın nəyi çəkməyi bacardım” deyərək özünəinam qazanırlar. Uşağınızı şəkil çəkməyə təşviq etmək istəyirsinizsə, hər yaşdan olan uşaq üçünhazırladığımız maraqlı rəsm fikirləri olan siyahıdan istifadə edə bilərsiniz.
Uşaqları şəkil çəkməyə təşviq edən fikirlər:
1.Sevdiyi bir heyvan
2.Meyvə kimi natürmort şəkillər
3. Ən sevdikləri və evmədikləri yeməklər
4.Evlərinin çöldən görünüşü
5.Pəncərələrindən görünən mənzərə
6.Parkda bir gün
7.Gördükləri ən böyük ağac
8.Ən sevdikləri müəllimləri
9.Yarpaq şəkli
10.Bir muzeydəki abidə
Bu nüanslar uşaqlardakı şəkil çəkmək həvəsini və marağını artırır. Şəkil çəkməkfəaliyyətləri uşaqların xəyal gücünü əks etdirdiyi kimi, yaradıcı düşünmələrinidə təmin edər.Bu yuxarıda qeyd olunan amillərlə bərabər sadəcə, onlara yaxşı çəkə bilmək üçün bir qədər təkan vermək lazım gəlir. Bu işdə valideynlərin köməyi çox vacibdir. Rəsm çəkmək üçün olan xüsusi üsullardan istifadə etməkləşaqlarınızın bu bacarığı inkişaf etdirməsinə kömək edə bilərsiniz.Uşaqlarınız nə qədər pis rəsm çəksə də icazə verin çəksin. Çünki sizuşaqlarınızın çəkdiyi rəsmlərlə uşağınızın daxili dünyasını öyrənmək şansı əldə edə, psixoloji durumunu asanlıqla müəyyən edə bilərsiz.Bunlar üçün bəzi nümunələri sizə göstərə bilərik.Əgər uşaq kağızın hamısından istifadə etmirsə, boşluqlar çox qoyursa, yarımçıqşəkillər və kiçik fiqurlar çəkərək kağızın yalnız bir hissəsindən istifadə edirsə,insan fiqurları çəkərkən əl və ayaqlarını çəkmirsə, deməli problem var.Etibarsızlıq bu problemin başında gəlir. Ünsiyyət əksikliyi, eqoizim, ətrafla uyğunlaşmada yaşanan çətinliklər uşağın bu cür rəsimlər çəkməsinə səbəb olur.Hətta bu cür uşaqlar kəsik-kəsik, tamamlanmamiş xətlərdən istifadə edərək rəsm çəkir.
Hiperaktiv uşaqlar rəngli, qarma-qarışıq, böyük həcmli rəsmlər çəkir və çox vaxt yarımçıq qoyurlar.
Məktəb və yaxud bağça fobiyası olan uşaqlar əsasən ailəsini çəkir və məktəb,şagird rəsmləri çəkməkdən daim imtina edirlər. Ev və evdə xoşbəxt uşaqrəsmləri çəkirlər.
Uşaq çəkdiyi rəsm vasitəsilə dünyanı dərk edir.
 
 
 
 
 
Ülkər Abdurahmanlı
Müəllifin digər yazıları