Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-31 10:00:00
“Kurikulum bələdçisi” yenidən çap olunur-  AzEdu MMC-dən piratçılıq edənlərə ciddi xəbərdarlıq 

“Kurikulum bələdçisi” yenidən çap olunacaq-  Piratçılığa zərbə - Təkmil nəşr

 

Ötən ilin dekabrında çap olunan və müəllimlər üçün hava-su qədər faydalı sayılacaq “Kurikulum bələdçisi”  - izahlar və tətbiqlər” vəsaiti təhsil cameəsində böyük rezonansa səbəb oldu.

 

Yayım və müəlliflik hüququ AzEdu MMC -yə məxsus olan kitabın müəllifləri Azərbaycan təhsil sistemində kifayət qədər nüfuz qazanan və kurikulum metodologiyasının tətbiq və nəzəri yanaşmanın ölkədəki əsas simaları sayılan şəxslərdir.

 

(Təhsil İnstitunun direktor müavini Ənvər Abbasov, institutun elmi mərkəzin direktoru İlham Cavadov, şöbə müdiri Bibixanım İbadova, Sevil Cavadova, Kəmalə Quliyeva və İlhamə  Sultanova)

 

Kitab Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilən və nəşr edilərək dövlət ümumitəhsil müəssisələrinə paylanılması tövsiyyə edilib.

 

Müəllimlər üçün stolüstü vəsait xarakteri daşıyan  “Kurikulum bələdçisi-izahlar və tətbiqlər” kitabında istər pedaqogikada, istərsə də psixologiyada bu gün üçün yeni olan ən zəruri anlayışlar öz əksini tapıb.

 

AzEdu.az xəbər verir ki, kitabın ikinci nəşri müəyyən düzəlişlər aparılmaqla və əlavələr edilməklə tezliklə geniş oxucu kütləsinə təqdim ediləcək.

 

AzEdu MMC müəlliflik hüquqi daşıdığı kitabın pirat yolla bundan əvvəl müxtəlif şəxslər tərəfindən qeyri-qanuni şəkildə çap olunaraq yayılan və qaydalara zidd olaraq satılan nüsxələrini tam surətdə etibarsız hesab edir. Bu yöndə hüquqi addımlar atacağını, müəlliflik hüququnu pozanlarla bağlı hüquqi müstəvidə mübarizə aparacağını bildirir.

 

Qeyd edək ki, kitabın ilkin tirajı kütləvi olmamış və satış üçün nəzərdə tutulmayıb. Yalnız təkmilləşən nəşr bir neçə gündən sonra çoxsaylı oxucuların diqqətinə çatdırılacaqdır.

 

 Həmin materiallar “Təhsilin ümumi məsələləri”, “Təlim-tərbiyə məsələləri”, “Təhsil standartları”, “Təhsil kurikulumları”, “Pedaqoji proses”, “Təhsil prosesinin psixoloji problemləri”, “Şagird nailiyyətlərinin qiymətləndirilməsi” kimi bölmələrlə ümumiləşdirilib.  Kitabdan istifadəni asanlaşdırmaq üçün mətnlərdə işlənən söz və ifadələrin izahı ilə bağlı “Tezaurus” hazırlanmış və kitabın sonuna əlavə edilib.

 

Qeyd edək ki, kitabda hər mövzu üzrə motivləşdirici suallar qoyulmuş, həmin sualların cavabını əhatələyən mətn tərtib edilmiş və mətni oxuyan istifadəçinin özünü yoxlaması üçün testlər hazırlanaraq hər mətnin sonunda yerləşdirilib. Kitab ölkənin istənilən yerinə çatdırılacaq. Çatdırılma işi "Zirvə tədris mərkəzi" və AzEdu MMC tərəfindən həyata keçiriləcək. Sifariş üçün 055 329 48 78 və 055 784 12 12 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

   

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları