Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-27 14:27:00
BDU-nun şöbə müdiri vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının "Elmi biblioqrafiya və informasiya" şöbəsinin müdiri Zülfünaz Həsənova 2020-ci il mayın 26-da ömrünün 81-ci ilində vəfat edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetindən bildirilib.

 

Z.Həsənova 1939-cu ildə İrəvanın Vedi rayonunun Dəhnəz kəndində anadan olub. 1962/67-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb, 1967-ci ildən BDU-nun Elmi Kitabxanasında fəaliyyətə başlayıb.

 

2000-ci illərdən başlayaraq Azərbaycan kitabxanalarında yeni kitabxana-informasiya texnologiyasının tətbiqinə start verilərkən Z.Həsənova işinin ustası olaraq bu yeniliyi öyrənmək üçün kurslara göndərilib, seminar və treninqlərdə iştirak edib, 4 sertifikat alıb. 2004-cü ildən etibarən biblioqrafik kartotekaların ənənəvi variantı ilə yanaşı, ilk elektron variantının yaradılmasına imzasını atan da Zülfünaz xanım olub.

Allah rəhmət eləsin!