Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-27 12:24:00
IB Club onlayn formatda “İnkişaf Marafonu” keçirib

 

  24-25 may 2020-ci il tarixlərində IB Club Gənclərin İnkişaf Mərkəzi tərəfindən ilk dəfə olaraq onlayn formatda “İnkişaf Marafonu” forumu həyata keçirilib. Foruma 850 nəfərə yaxın gənc müraciət etmiş və ümumilikdə onlayn formatda keçirilən seminarlarda – vebinarlarda 650 nəfər gənc edib. Forumun əsas məqsədi karantin dövründə gənclərimizin şəxsi inkişafına dəstək olmaq, onların vaxtlarını daha səmərəli keçirilməsini təmin etmək olub. "İnkişaf Marafonu" adlanan onlayn forumda müxtəlif sahələrdə fəaliyyət göstərən spikerlər gənclərimizlə öz təcrübələrini bölüşüb və onlara faydalı, maraqlı məlumatlar ötürüb.

 

Forumun spikerləri – İsa Zeynal “Gələcəyin peşəsi data”, Türkan Fərzəliyeva “Hədəf kütlə”, Ruslan Mirzəliyev “Uğura gedən yolda komandanın rolu”, Murad Məmmədov “Bərabərlik naminə”, Toğrul Ələkbər “Biz necə Amerika ola bilərik? - 5 dərs”, Orxan Oruc “Fərdi inkişafımız üçün psixi sağlamlığın əhəmiyyəti”, Cəlalə Nəzəroğlu “İnsan dilinin altında gizlənib”, Perçin İmrek “İşini tüm dünyaya yaymak”, Pərviz İsaqov (Promete) “Musiqinin insan inkişafında rolu” mözvularında çıxış ediblər.

 

IB Club-un prezidenti Elmar Quliyevin bildirdiklərinə görə, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib. IB Club olaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin inkişafına töhfə vermək vəzifə borcumuzdur.