Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-27 11:31:00
Elm adamları koronavirusun metroda necə yayıldığını göstərdi - Sərnişinlərin diqqətinə...

Alimlər yaratdıqları simulyasiya ilə koronavirus daşıyıcısı olan bir nəfərin maska taxmadan metro və ya ofis kimi qapalı yerlərdə öskürmədən yalnız danışaraq virusu digər insanlara necə yoluxdurduğunu sübut ediblər. 

 

ABŞ-ın MSC şirkəti tərəfindən istehsal olunan “Tube Travel” adlı qapalı səyahət simulyasiyasında bir şəxsin ağız və burnundan su damcılarının ətrafa yayıldığı aşkar edilib.

 

Tədqiqatlar göstərib ki, maska taxmaq vacibdir. İnsanlar danışarkən, öskürərkən və hətta nəfəs alarkən ağızlarında və burunlarında olan mikroorqanizmlər havaya yayılmağa davam edir. Ona görə də insanlar maska taxaraq özlərini və ətrafdakıları qorumalıdırlar. 

 

Bununla yanaşı, kanadalı araşdırmacıların apardığı araşdırmaya görə adi bir maska belə insanı 99 faiz virusdan qoruyur.