Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-27 10:27:00
Yerin maqnit sahəsindəki bu dəyişiklik peyk və naviqasiya sistemlərinə təsir edəcək

Braziliya və Cənubi Afrika sahillərində aktiv inkişaf edən anomaliyalara görə, Yerin maqnit sahəsinin bir hissəsi zəifləməyə başlayıb.

 

AzEdu.az xəbər verir ki, bu sahələrdə maqnit sahəsi vektorunun ölçüsü və ya istiqaməti digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir. Son 50 ildə isə Cənubi Atlantika anomaliyası böyüyüb. O, qərbə doğru 19 kilometr/saat sürətlə yerini dəyişir.

 

Avropa kosmik agentliyi mütəxəssislərinin fikrincə, bu, peyk sistemlerinin işinə təsirsiz ötüşməyəcək. Son 5 ildə Cənubi Atlantika anomaliyası iki sahəyə bölünüb. Bu zaman sahələrdən birinin intensivliyi minimum zəifləyib.

 

Məlum olduğu kimi, maqnitosfera zərərli kosmik şüalanma axınlarını Yerə buraxmır. Yerin maqnit sahəsi zəifləyəndə onun səthinə daha çox kosmik hissəciklər çatır.

 

Buna görə, maqnit sahəsinin dəyişməsi həm də naviqasiya sisteminin dəqiqliyinə, peyklərin işinə, naqilsiz rabitəyə və elektrik şəbəkəsinin işinə təsir göstərəcək.