Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-26 15:40:00
Özəl təhsil müəssisələrin açılması vacibdir -SƏBƏBLƏR

“Dövlət təhsil müəssisələrinin bağlanılması başa düşüləndir. Amma özəl təhsil müəssisələrinin, xüsusilə də kurslar, təhsil, psixologiya və nitqi reabilitasiya mərkəzlərinin hələ də bağlı qalması yox”.

AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi deyib. O, özəl müəssisələrin açılmasının vacibliyini bildirib.

“Özəl müəssisələrin açılmasının səbəbləri çoxdur. Əsas səbəbləri qeyd edirəm. Birincisi hər bir özəl müəssisə icarə haqqı ödəyir və artıq icarədarlar pullarını tələb edirlər. İkincisi qarşıdan imtahanlar gəlir. Şagirdlərin imtahan göstəriciləri aşağı düşməsin deyə özəl təhsil müəssisələri də növbəti yumşalmaya daxil edilərək fəaliyyəti bərpa edilməli və TƏBİB-in müəyyən etdiyi qaydalar çərçivəsində bu baş verməlidir.

 

Nəzərə alaq ki, xaricdə təhsil almaq istəyən yüzlərlə insan var. Onlar müxtəlif dillər üzrə hazırlıq keçirlər. Düşünürəm ki, 29 mayda bu haqda  müsbət qərar verilər  və 1 iyundan etibarən kursların fəaliyyəti bərpa olunar”.