Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-26 15:17:00
Tanınmış şəxslər onlayn dərslərin qonağı olublar- Maraqlı VİDEO görüntülər

İbtidai sinif şagirdləri karantin rejminin bitməsini  ən çox arzulayan şəxslərdir desək, yəqin ki, yanılmarıq.

Müəllimlərimiz, eləcə də valideynlər onların darıxmamaları, vaxtlarını dəyərli keçirmələri üçün əlindən gələni edirlər.

AzEdu.az bu yazıda Bakı şəhər 253 nömrəli tam orta məktəbin 3 “A” sinif şagirdlərinin karantin dövründə gördüyü işləri təqdim edir. Bu barədə öz təəssüratlarını bizimlə bölüşən sinif rəhbəri Xuraman Quliyeva şagirdlərini həm elmi, həm mənəvi cəhətddən zənginləşdirmək üçün çalışdığını qeyd edib.

“Biz karantin dövründə şagirdlərlə dərslərimizi onlayn keçirdik. Dərslərlə yanaşı, şagirdlərin dünyagörüşünü zənginləşdirmək, onlarda bir çox hisslərin-vətənpərvərlik, böyüyə hörmət və s. dəyərləri daha da formalaşdırmaq üçün  onlayn dərslərimizə Qarabağ qazimizi, incəsətət xadimlərimizi dəvət edib, onları uşaqlarla görüşdürdük.  Karantin dövründə gördüyüm işlərin yadda qalması üçün bir video hazırladıq. Video təkcə şagirdlərin deyil, ictimiayyətin də marağına səbəb olub.

Bildiyiniz kimi ibtidai sinif şagirdləri yuxarı sinifdən fərqli olaraq, məktəbə, müəllimə daha çox bağlı olurlar. Müəllimi ikinci ana, məktəbi də ev kimi qəbul edirlər. Onların daha çox darıxmağı məhz bu səbəbdəndir. Uşaq öz anasından ötrü necə darıxırsa, öz müəllimindən ötrü də elə darıxır, onu canlı görmək, hətta qucaqlamaq istəyir.  Bizim aramızda rəsmiyyət olmur, səmimiyyətə üstünlük veririk. Bu baxımdan ibtidai sinif şagirdləri məktəbdən, müəllimdən uzaq qalmaqla, mənəvi baxımdan zərbə aldılar”.

 Qarabağ qazisi Kamil Musəvi, incəsənət xadimlərindən Bəhram Bağırzadə, Elmar Rəfiyev onlayn dərslərin qonağı olaraq onlarla həmsöhbət olublar.

AzEdu.az həmin görüntüləri təqdim edir: