Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-26 12:20:00
Qəbul imtahanlarının  ikinci mərhələsindən çıxarılan mövzular – FƏNLƏR ÜZRƏ SİYAHI

Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən Koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub.

 

Bu səbəbdən 2020-ci ilin mart-iyun aylarında respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən tədrisi nəzərdə tutulan mövzular tədris olunmadığı üçün qəbul imtahanı proqramından çıxarılıb.

AzEdu.az qəbul proqramından çıxarılan mövzuların tam siyahısını təqdim edir.

Azərbaycan dili (III ixtisas qrupu)

Durğu işarələri (üç nöqtə, dırnaqlar, qoĢa (iki) nöqtə, tire, vergül, nöqtə, sual, nida) bölməsindən

-Üç nöqtə

Ədəbiyyat (III ixtisas qrupu)

Mircəlal həyat, yaradıcılıq yolu. “Açıq kitab” romanı. Mövzu və ideyası. Cəmiyyətdə saflığın, düzlüyün, həqiqətin bərqərar olmasının zəruriliyinin romanda bədii əksi. Əsərdə əsas obrazların səciyyəsi.

İlyas Əfəndiyev

İsmayıl Şıxlı, həyatı, yaradıcılıq yolu. Nəsr əsərləri. “Dəli Kür” romanı. Mövzu və ideyası. Romanda tarixə yeni baxış və milli kolorit. Cahandar ağa və digər obrazların səciyyəsi

Bəxtiyar Vahabzadə, həyatı, yaradıcılıq yolu. Lirikası. Lirik şeirlərində Vətən mövzusu və ana dili məsələsi. Poemaları. Dramaturgiyası. “Şəhidlər” poeması. Mövzu və ideyası. Poemada milli azadlıq mübarizəsinin bədii əksi.

Çingiz Aytmatov, həyatı, yaradıcılıq yolu. Povest və romanları. “Gün var əsrə bərabər” romanı. Mövzu və ideyası. Əsərdə qaldırılmış problemlər və onların bədii həlli. Əsas obrazların səciyyəsi.

Sinekdoxa

Tarix ( II və III ixtisas qrupları üzrə)

Soyuq müharibə bölməsindən- Böyük İttifaqın dağılması. Sosialist blokunun yaranması. NATO və Varşava Müqavilə Təşkilatı hərbi bloklarının yaradılması. Süveyş, Berlin və Karib böhranları. Mülayimləşmə.

XX əsrin sonu - XXI əsrin əvvəllərində dövlətlərarası münasibətlər tamamilə

“21 Azər” hərəkatı.

 Coğrafiya ( II qrup)

 Beynəlxalq iqtisadi inteqrasiya, onun sahəvi və regional formaları. Transmilli banklar

Beynəlxalq iqtisadi əlaqələr və onların formaları. “Ticarət balansı” və “Azad iqtisadi zona” anlayışları. Azərbaycanda nəqliyyatın inkişaf xüsusiyyətləri. Əsas ixrac neft və qaz kəmərləri. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri. Nəqliyyatın inkişaf perspektivləri: Avrasiya nəqliyyat dəhlizi (TRASEKA, Transqafqaz), Qədim “İpək yolu”nun bərpası. Bakı-Tbilisi-Qars dəmir yolu. Şimal-cənub nəqliyyat dəhlizi. Azərbaycanın beynəlxalq və regional təşkilatlarda iştirakı. Əsas idxal və ixrac məhsulları. Xidmət sahələrinin coğrafiyası və beynəlxalq maliyyə mərkəzləri.

 

Dünyada sülh problemi. Dünyanın münaqişə regionları. “Qaynar nöqtələr”. Ərzaq problemi və onun həlli yolları. Ərzaq təhlükəsizliyi. Dünya ölkələrində əhalinin alıcılıq qabiliyyəti, gəlirləri və istehlak səbəti. Tullantıların idarə edilməsi.

Riyaziyyat (I və II qruplar)

 Ölçmənin dispersiyası və orta kvadratik meyli (standart meyil).

 Triqonometrik tənliklər sisteminin həlli.

Üstlü tənliklər sisteminin həlli. Loqarifmik tənliklər sisteminin həlli.

Funksiyanın böhran və ekstremum nöqtələri, törəmənin köməyi ilə onların tapılması. Funksiyanın parçada ən böyük və ən kiçik qiymətləri. Funksiyanın tədqiqi sxemi.

İbtidai funksiya və inteqral bölməsi tamamilə

Fizika ( I və IV qruplar)

Elektromaqnit dalğalarının eninə olması. İşığın polyarlaşması

İşıq kvantları  bölməsi tamamilə

 Bor postulatları. Hidrogen atomunun Bor modeli. İşığın atomlar tərəfindən buraxılması və udulması. İonlaşdırıcı şüalanmaların qeydə alınma üsulları: Heyger sayğacı, Vilson kamerası. Elementar zərrəciklərin təsnifatı. Antizərrəciklər.

Kimya ( I qrup)

Aminlər, aminturşular bölməsi tamamilə

Təbii və sintetik kauçuklar. Liflər (lavsan, kapron, enant, neylon).

Kimya (IV qrup)

Aminlər, aminturşuları bölmələri tamamilə

Zülalların təyini reaksiyaları.

Fəza müntəzəmliyi. Təbii və sintetik kauçuklar. Təbii və kimyəvi (lavsan, kapron, enant və neylon) liflər.

Biologiya (IV qrup)

Amitoz. Hüceyrənin nəzarətsiz bölünməsi. Rüşeym təbəqələri: ektoderma, entoderma, mezoderma.

Quru sahənin və okeanın biokütləsi. Biosfer və insan. Biomüxtəliflik və biosferin təkamülü. Qlobal ekoloji problemlər